Profisitli dövlət büdcəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində manatla pul bazası 2022-ci ilin ötən dövründə 5,5 % azalıb.
Eləcə də bax: Təcili: Azərbaycan Mərkəzi Bankı faiz qərarını - AÇIQLADI - TAM MƏTN
Bu barədə FED.az Mərkəzi Bankın bəyanatına istinadən xəbər verir.
"İnflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterlizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulur. Mərkəzi Bankın 6 iyun 2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradır", - məlumatda deyilir.
AMB əlavə edib ki, qiymətləndirmələrə görə məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4 %-ə, xarici valyutada depozitlər üzrə isə 5 %-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0,044 % artırıcı təsir göstərir. (Report)