Azərbaycanda pul bazası bir ayda 419 milyon manat artıb. FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2018-ci il yanvar ayının sonuna statistika 9 milyard 180.6 milyon manat təşkil edib.
Müqayisə göstərir ki, son 2 ayda pul bazası 619 milyon manat, ötən ilin Fevral ayının sonu ilə müqayisədə isə 2 milyard 193,6 milyon manat artıb.
Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Tarix |
mln. AZN |
28.02.2018 |
9180.6 |
31.01.2018 |
8761.6 |
29.12.2017 |
8543.2 |
30.12.2015 |
6901,8 |