Azərbaycan Mərkəzi Bankı “PSG-Kapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsini cərimələyib.
Prezidentdən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tətbiqi barədə - FƏRMAN
Bu barədə FED.az-a AMB-dən bildirilir.
Bildirilir ki, tənzimləyici tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilməsi istiqamətində verilmiş icrası məcburi göstərişin vaxtında icra edilməməsinə görə “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə müvafiq olaraq 1000 (min) manat məbləğində cərimə edilmişdir.
Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6.25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur (“PSG Finans” MMC bank olmayan kredit təşkilatının 12.5%-lik təsisçisi).