Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaş qəbulu üçün növbənin qurumun inzibati binasına gəlmədən internet səhifəsində - onlayn əldə edilməsi imkanı yaradıb.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşlar qurumun internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və yaxud randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Hər hansı sual yarandığı təqdirdə AMB-nin “966” Qaynar xəttinə müraciət etmək olar.