Azərbaycan Mərkəzi Bankı (AMB) sabah, yəni iyunun 11-də növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək.