Beynəlxalq təcrübədə “mikrokredit” anlayışı kimi hüquqi və fiziki şəxslərə gəlir yaradan fəaliyyətlərin maliyyələşdirilməsi üçün milli valyutada müəyyən edilmiş məbləğ (25000 manat) və müddət (60 ay) daxilində verilən kredit nəzərdə tutulur.
AMB "Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədini açıqlayıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Qeyd edilib ki, beynəlxalq təcrübəyə uyğun olaraq “mikrokredit” anlayışının qanunvericiliyə daxil edilməsi nəzərdə tutulur.
“Mikrokredit” anlayışının qanunvericiliyə daxil edilməsi ilə mikromaliyyə üzrə ixtisaslaşmış təsisatın müəyyən edilməsinə zəmin yaranacaqdır. Beynəlxalq təcrübədə “mikromaliyyə institutu” dedikdə portfelinin müəyyən hissəsi (Məs. ən azı 50%-i) mikrokreditlərdən ibarət olan təsisatlar nəzərdə tutulur.
“Mikrokredit anlayışının qanunvericiliyə daxil edilməsi ilə mikromaliyyə üzrə ixtisaslaşmış həm bank, həm də BOKT-lərə qarşı stimullaşdırıcı siyasətin aparılması mümkün olacaqdır” - deyə məlumatda bildirilib.