Azərbaycanın ən böyük turizm obyekti olan «Şahdağ» Qış-Yay Turizm Kompleksi 2 telefon nömrəsinin danışıq haqqını ödəmədiyinə görə, məhkəməyə verilib.
Eləcə də bax: Azərbaycanda kasıb və imkanlı istifadəçilər - HANSI MOBİL OPERATORU SEÇİR? - ARAŞDIRMA
FED.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsində «Azercell» mobil operatorunun «Şahdağ» kompleksinə qarşı iddiasına baxılıb.
İddiaçı “Azercell Telekom” MMC cavabdeh “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 98 manat 40 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 118 manat 40 qəpik vəsaitin “Azercell Telekom” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Məhkəmədə məlum olub ki, kompleksin nümaynədələri «Azercell» nömrələrinrdən 2016-cı ildən istifadə edir, hələ 2017-ci ildən danışıq haqqı borcları qalıb. Sürətli baxılan məhkəmə prosesində «Azercell»in iddiası təmin edilib. Qərara əsasən «Abunə müqavilələri» üzrə cavabdeh «Şahdağ» Qış-Yay Turizm Kompleksinin Müdiriyyətindən 98.40 manat abunə və xidmət haqqı kimi, 20 manat isə məhkəmə xərci kimi tutularaq iddiaçı «Azercell Telekom» MMC-yə ödəniləcək.