Azərbaycanın yüksək potensiallı gənclərini Mərkəzi Bankçılıq ilə yaxından tanış etmək, işə hazırlıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübəni təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “Maliyyəçisən” təcrübə poqramını həyata keçirir.
AMB-dan FED.az-a bildirilib ki, təcrübə proqramı çərçivəsində gənclər seçilən istiqamət üzrə peşəkarlardan öyrənməklə yanaşı səriştə və bacarıqlarının artırılması üçün müxtəlif bankdaxili təlimlərə cəlb olunur. Proqramın müddət 2 aydır (iyul və avqust ayları).
“Maliyyəçisən” təcrübə proqramının 2023-cü il buraxılışı aşağıda qeyd olunan departamentləri əhatə edəcək: Pul siyasəti, Tədqiqatlar, Statistika, Valyuta ehtiyatlarının idarə edilməsi, Maliyyə bazarlarında əməliyyatlar, Maliyyə sabitliyi, Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət, Sığorta fəaliyyətinə dair siyasət və nəzarət, Nağd pul, Valyuta ehtiyatlarının idarə edilməsi, Maliyyə bazarlarında əməliyyatlar, Maliyyə sabitliyi, Beynəlxalq əməkdaşlıq və kommunikasiya, İnformasiya texnologiyaları, Hüquq, İnsan resursları.
Təcrübə proqramına bakalavr və magistraturada təhsil alan tələbələr və məzunlar (2022-ci il və 2023-cü il) müraciət edə bilər. “Maliyyəçisən” təcrübə proqramına müraciət üçün son tarix aprelin 25-dir.