Mərkəzi Bank tərəfindən 2023-cü ilin III rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanmışdır.
Mərkəzi Bank ən çox, orta və aşağı şikayət olan bankların adlarını açıqladı - SİYAHI
FED.az xəbər verir ki, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Sorğu nəticələrinə əsasən 2023-cü ilin III rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması trendi davam etmişdir. Bu trend biznes kreditləri üzrə əsasən mikro və kiçik sahibkarlara verilən kreditlərdə, istehlak kreditləri üzrə isə əsasən kredit kartlarında müşahidə edilmişdir. Sorğuya əsasən banklar cari ilin son rübündə də MKOS subyektlərinin biznes kreditlərinə tələbinin yüksələcəyi ilə yanaşı, kredit kartlarına olan tələbin də artacağı qənaətindədirlər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
2023-cü ilin III rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar: