Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqları 10 dəfə azaldılıb.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Eləcə də bax: "O vaxt devalvasiya olmasaydı, ölkə müflis - OLA BİLƏRDİ"
"Daşınar əmlakın girov qoyularaq kredit götürülməsinə gəldikdə isə, artıq bu üzrə reyestr yaradılıb, biz dünən tarifləri 10 dəfəyə qədər aşağı saldıq. Kiminsə maşını, inəyi və s. başqa daşınar əmlakı varsa girov qoyaraq kredit cəlb edə bilsin", - Mərkəzi Bankın sədri deyib.
Hələlik, yeni tariflər dərc edilməyib.
Qeyd edək ki, indiyədək, daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə aşağıdakı məbləğlərdə istifadə haqqı tutulurdu:
1. Yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün – 10 (on) manat.
2. Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün – 6 (altı) manat.
3. Axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün – 6 (altı) manat.
Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri mpcr.cbar.az portalında fəaliyyət göstərir.
Eləcə də bax: AMB sədri: “Neftin istənilən qiymətinə cavab verməyə hazırıq”
Marja