Mərkəzi Bankın fevral proqnozlarına əsasən, 2026 və 2027-ci illərdə illik inflyasiyanın hədəf diapazonunda (4±2%) qalacağı və müvafiq olaraq 5.5% və 4% olacağı proqnozlaşdırılır.
Azərbaycanda keçən ay inflyasiya 5,7 % təşkil edib
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, 2026-cı ilin illik inflyasiya proqnozuna ev təsərrüfatlarının istehlakının 1.22 faiz bəndi (f.b.), kənd təsərrüfatı istehsalçıları qiymətlərinin (KİQİ) 2.48 f.b., ticarət tərəfdaşlarında inflyasiyanın 2.09 f.b., tənzimlənən qiymətlərin birbaşa təsirinin 0.31 f.b. və digər amillərin 1.12 f.b. artırıcı təsir edəcəyi gözlənilir. Dövlət istehlakının -0.13 f.b. və nominal effektiv məzənnə (NEM) -1.6 f.b. azaldıcı töhfəsi gözlənilir.
“Qiymətləndirmələrə görə,2027-ci ildə proqnozlaşdırılan illik inflyasiyaya ev təsərrüfatlarının istehlakı 1.28 f.b., KİQİ 2.48 f.b., ticarət tərəfdaşlarında inflyasiya 1.79 f.b., dövlət istehlakı 0.03 f.b. və digər amillər 0.37 f.b. artırıcı, NEM isə -1.96 f.b. azaldıcı təsir edəcəkdir. Qiymətləndirmələrə görə 2026 və 2027-ci illərə də dövlət büdcəsi xərclərinin artımının inflyasiyaya təsirinin neytrala yaxın olacağı gözlənilir. Proqnozların reallaşması bir sıra xarici və daxili amillərdə baş verə biləcək dəyişikliklərdən asılıdır. Əsas xarici risk mənbəyi tərəfdaş ölkələrdə qiymətlərin yenidən qalxmasıdır. Bu riskin reallaşmasını geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya və tariflərlə ticarət müharibələri şəraitində qlobal əmtəə və maliyyə bazarlarında dalğalanmalar şərtləndirə bilər. Ticarət tərəfdaşlarında inflyasiya səviyyəsindən əlavə nominal effektiv məzənnənin dinamikası da daxili qiymətlərə təsir edə bilər. Qlobal iqlim dəyişiklikləri məhsuldarlığa və qlobal ərzaq istehsalına təsir edə bilər. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə təklif tərəfdən yerli xərc amillərinin aktivləşməsi ola bilər”, - məlumatda qeyd edilib.










