Azərbaycan Mərkəzi Bankı (AMB) "Assist Finance İnvestisiya Şirkəti" və “İnno Kapital İnvestisiya Şirkəti”nə xəbərdarlıq edib.
Bu barədə FED.az AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində "Assist Finance İnvestisiya Şirkəti" ASC və “İnno Kapital İnvestisiya Şirkəti” ASC-yə tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətlərinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.