"Azərbaycan Mərkəzi Bankı (AMB) və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) arasında gələcək inkişaf imkanları müzakirə edilib.
İnvestisiyaların və ixrac kreditlərinin sığortalanması üzrə - İslam Korporasiyası ilə Görüş
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkədəki hesabında yazıb
"Azərbaycan Mərkəzi Bankında İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının baş icraçı direktoru Oussama Abdel Rahman Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.
Görüşdə investisiyaların və ixrac kreditlərinin islami prinsiplər əsasında sığortalanması məsələlərinə, xüsusən də bu maliyyə münasibətlərinin ölkəmizdə real sektorun və maliyyə sisteminin inkişafına töhfəsinə dair fikir mübadiləsi apardıq", - T. Kazımov qeyd edib.