Azərbaycan Mərkəzi Bankı “CTC Holding” MMC barədə cərimə protokolu tərtib edərək Nizami Rayon Məhkəməsinə göndərib.
Eləcə də bax: "Embawood” - CƏRİMƏLƏNİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, maliyyə bazarlarının requlyatoru “CTC Holding” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Şirkət nə zaman cərimələnir?
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.
Qeyd edək ki 2012-ci ildə təsis edilmiş “CTC Holding”ə “Nazlı Bulaq” MMC (Qubada istirahət mərkəzi), “CTC Turizm”, “CTC Agro” (qida məhsullarının satışı) və “CTC Association”, “Milk-Pro” MMC şirkətləri daxildir.