Azərbaycan Mərkəzi Bankı cari nəzarət prosesləri çərçivəsində bir sıra şirkətləri hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulmasına görə cərimələyib.
FED.az xəbər verir ki, dekabr ayında “VMF” şirkəti və “Merano-Baku” ASC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən hər biri 2000 manat məbləğində cərimə edilib.
Noyabr ayında isə eyni pozuntuya görə “A+CO” ASC 2500 manat, “Aqrar İnnovasiya və Təchizat şirkəti” ASC və “AzeSteelCompany” ASC isə hər biri 2000 manat məbləğində cərimələnib.
MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur. (Banker)