Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş görüşlərinin keçirilməsi mühüm yer tutur.
AMB-dən FED.az-a bildirilib ki, növbəti səyyar görüş iyunun 4-də Gəncədə keçiriləcəkdir. Görüş Gəncə, Daşkəsən, Goranboy, Göygöl, Samux, Naftalan inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.
Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.
Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.