"Bizim gözləntilərimiz odur ki, Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dəyişməz qalması ilə növbəti aylarda faiz dərəcələri aşağı düşəcək, fermerlərimiz də bunun bəhrəsini görəcəklər"
Banklar yaşıl kreditlər üzrə Mərkəzi Banka hesabat verəcək
FED.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirirb.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ilə Mərkəzi Bank arasında bu istiqamətdə kifayət qədər aktiv iş aparılır:
"Texnoloji həllərin tətbiqi, banklar tərəfindən risklərin daha düzgün qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsində daha dəqiq qiymətləndirmə mexanizmlərinin yaradılması və yeni alətlərin tətbiqi üzərində çalışırıq. Bildiyim qədər, subsidiyalar və kreditləşmə məsələləri üzrə də müzakirələr aktiv şəkildə davam etdirilir. Hamımız bilirik ki, kənd təsərrüfatı ölkəmiz üçün prioritet sahələrdən biridir. Bu sahədə maliyyə resurslarına çıxışın təmin edilməsi də əsas prioritet istiqamətlərdən hesab olunur. Ümidvaram ki, görülən işlərin bəhrəsini fermerlərimiz yaxın dövrdə görəcəklər."













