Azərbaycan Mərkəzi Bankı “Tiko Azərbaycan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Mərkəzi Bank bu şirkətlərə də elektron pul təşkilatı üzrə - LİSENZİYA VERDİ
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli Qərar imzalayıb.
Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.