Mərkəzi Bank 410,677 mln. manat məbləğində yeni pul əskinasları əldə edib. FED.az xəbər verir ki, bu barədə bankın 2017-ci il ərzində maliyyə hesabatında qeyd olunur. Bu, 2016-cı ildəki göstəricidən 4 dəfədən çoxdur. Belə ki, 2016-cı ildə əldə olunan yeni pulların həcmi 9,432 mln. manat idi.
AMB-nin məlumatına görə, 2017-ci ildə bank tərəfindən 1 mlrd. 307,505 mln. manat məbləğində pul nişanı məhv edilib.
1 yanvar 2018-ci il tarixinə Azərbaycanda 8 mlrd. 140,238 min manat ümumi məbləğdə əskinas tədavüldədir, 1.yanvar 2017-ci il tarixinə isə bu rəqəm 6 mlrd. 960,778 mln. manat təşkil edirdi.