Azərbaycan Mərkəzi Bankı (AMB) “CİBPay” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə AMB məlumat yayıb,
Belə ki, AMB tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə “CİBPay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə edilib.













