Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən növbəti səyyar görüş aprelin 2-də, Balakən rayonunda keçiriləcək.
AMB-dən FED.az-a bildirilib ki, görüş Balakən, Şəki, Qax, Zaqatala, Qəbələ, Oğuz inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.
Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.
Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 vatsap nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.