2023-ci ilin üçüncü rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 6,7 milyard dollar olub. Tədiyyə balansı makroiqtisadi siyasətin formalaşmasında mühim rol oynayır.
FED.az xəbər verir ki, bunu bu gün brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə azdır.
2022-ci ilin üçüncü rübündə CƏH-in profisiti 17,7 milyard dollar təşkil etmişdi.
Azalma səbəbi beynəlxaq bazarda neft və qazın qiymətinin azalmasıdır.
Neft-qaz sektoru üzrə CƏH-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 43,8% azalaraq 12,1 mlrd. dollar olub.