Mərkəzi Bankın kredit vә avanslarına “Aqrarkredit” tәşkilatına mәxsus ümumilikdә 10,000,000 min AZN nominal dəyəri olan qiymәtli kağızlar daxil idi. FED.az xəbər verir ki, ötən il “Aqrarkredit” 517,896 min AZN-lik hissәni Mәrkәzi Bankdan geri alıb.
Qeyd edək ki, Mərkəzi Bank tәrәfindәn 2015-ci ildә alınmış 2,500,000 min manat vә әlavә olaraq 2016-cı ildә alınmış 7,500,000 min manatlıq qiymətli kağızlar 0.15% faiz dәrәcәsinә malik idi. Ödənilmə vaxtı isə 2045-ci ildә başa çatırdı.
Hazırda Mәrkәzi Bankın portfelindә bu qiymәtli kağızların qalığı 9,482,104 min AZN tәşkil edir və ödәnişinә dövlәt zәmanәti verilir. Hәmin qiymәtli kağızlar Beynәlxalq Bankda “Dövlәtә mәxsus sәhmlәrin özәllәşdirilmәyә hazırlanması ilә bağlı sağlamlaşdırılma tәdbirlәri” haqqında haquqi sənədlər əsasında alınmışdı.
İlhamə Abdullayeva
Mərkəzi Bank “Aqrarkredit”in istiqrazlarını satdı
16:56
1 May 2018