Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ildə aktivlərini 12,7% -25 mlrd. 485,97 mln. manatadək artırıb.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Eləcə də bax: Mərkəzi Bank ötən il banklara 114 milyon manat - Kredit Verib
2020-ci il dekabrın 31-nə AMB-nin aktivlərinin strukturunda nağd vəsaitlərin həcmi 5 mlrd. 615,273 mln. manat (artım 30,3%) təşkil edib.
Maliyyə hesabatına əsasən, AMB-nin borc qiymətli kağızları 18 mlrd. 579,674 mln. manat təşkil edib (artım 6,2%).
2021-ci il yanvarın 1-nə AMB tərəfindən rezident banklara verilən kreditlərin həcmi 399,408 mln. manata (artım 47,4%) bərabər olub. Qalan məbləğ aktivlərin digər maddələrinin payına düşüb.
2020-ci il dekabrın 31-nə Mərkəzi Bankın öhdəlikləri 23 mlrd. 864,058 mln. manat (artım 19%) təşkil edir.
AMB-nin öhdəliklərinin strukturunda, 2020-ci ildə dövriyyədə olan banknot və sikkələrin nominal üzrə həcmi 13,8% - 11 mlrd. 839,664 mln. manatadək artıb.
Bununla yanaşı, bankın dövlət strukturları qarşısında öhdəlikləri 4 mlrd. 921,318 mln. manat (artım 80%), kredit təşkilatları qarşısında öhdəlikləri 3 mlrd. 204,953 mln. manat (artım 17,8%), rezident bankların depozitləri 2 mlrd. 713,336 mln. manat təşkil edir (azalma 11.8%). Qalan öhdəliklər digər maddələrin payına düşür.
Ötən il AMB-nin nizamnamə kapitalı dəyişməyib – 500 mln. manat. Bununla yanaşı, cari ilin əvvəlinə bankın kapitalı 1 mlrd. 621,912 mln. manata (azalma 37%) bərabərdir.
2020-ci ilin yekunları üzrə Mərkəzi Bankın xalis mənfəəti 45,525 mln. manat təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 31% azdır. (İnterfaks)