Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni dekabrın 10-da 2025-ci il üzrə sonuncu dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
Bu barədə FED.az-a AMB-dən bildirilib.
Mərkəzi Bank sonuncu dəfə bu il iyul ayının 23-də bir ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib. Sonuncu qərarında, yəni oktyabarın 22-də uçot dərəcəsini sabit saxlayıb.
AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir.










