Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda müştərilərin cari hesablarından köçürmələrin məbləğ üzrə 80%-i, say üzrə isə təxminən 90%-i birbaşa elektron bankçılıq həlləri, yəni internet və mobil bankçılıqla həyata keçirilib.
Azərbaycana xaricdən pul köçürmələri 29% azalıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasət şöbəsinin müdiri Rəşad Qasımov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
“Bu səbəbdən də uğursuz audentifikasiya cəhdlərinin 3-dən çox olmaması ilə bağlı tələb gücləndirilmiş müştəri audentifikasiya (GMA) qaydasında müəyyən edilib. Ancaq GMA-larla bağlı istisnalar da var. Belə ki, inkişaf və siyasət müəyyən məqamda kəsişir, hər hansı sərt tələblərin müəyyənləşdirilməsi, gələcəkdə istifadəçilərin bu həllərdən istifadəsini məhdudlaşdıra bilər. Bu səbəbdən GMA-larda daha aşağı riskli hesab edilən əməliyyatlar üzrə xüsusi istisnalar müəyyən edilib. Bunlar daha çox gündəlik həyatımızda istifadə etdiyimiz təmassız ödənişlərlə bağlıdır ki, bir əməliyyatın məbləği 100 manata qədər, gündəlik əməliyyatın məbləği isə 500 manata qədər olduqda banklar və yaxud bank olmayan ödəniş sistemləri təşkilatları gücləndirilmiş müştəri audentifikasiyasını istisna edilə bilər”, – deyə o qeyd edib. (Report)