“Depozit hərraclarının keçirilməsində məqsəd pul kütləsinin hədəflənməsidir”. FED.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank depozit hərraclarını keçirərkən gəlir götürmək məqsədi güdmür.
“Əsas məqsəd pul kütləsinin hədəflənməsi rejimdir. Biz pul kütləsini hədəfləməklə inflyasiyaya, valyuta bazarında gedən proseslərə təsir göstəririk. Çünki manat zəiflədikcə inflyasiya artır. Buna görə də depozit hərracları keçiririk. Məqsəd makroiqtisadi sabitliyi, maliyyə və məzənnə sabitliyini təmin etməkdir,” – deyə E. Rüstəmov qeyd edib.
Mərkəzi Bank rəsmisi xatırladıb ki, hazırda depozit hərracları üzrə Mərkəzi Bank 1,2 faiz qalığa sahibdir və pul bazasının tənzimlənməsində bu alətdən istifadə davam edəcək.