Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədzadə və Fərahim Hacıyevlə mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
“Görüş zamanı müsabiqə qalibləri üçün hazırlanmış fərdi inkişaf proqramı, eləcə də idarəetmə sahəsində bilik və bacarıqların artırılması və tətbiqi barədə fikir mübadiləsi apardıq. Eyni zamanda mentorluq proqramının effektiv həyata keçirilməsi üçün Mərkəzi Bank tərəfindən lazımi dəstəyin göstəriləcəyi qaliblərin diqqətinə çatdırıldı”, - T. Kazımov qeyd edib.