“Bakı Şərab-1”ATSC 2018-ci il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ötən il şirkətin satışdan gəlirləri azalıb – 2017-ci ildəki 2 milyon 646,2 min manatdan 2 milyon 2 589,2 min manata enib. Bununla yanaşı, satışın maya dəyəri ötən illə müqayisədə daha çox azalıb – 2017-ci ildəki 2 milyon 572,3 min manatdan 2018-ci ildə 2 milyon 287,6 mirn manata enib.
Nəticədə 2018-ci ildə «Bakı Şərab-1»in əməliyyat mənfəəti 285,6 min manat təşkil edib (2017-də 80,6 min manat olmuşdu).
Məbləği 1566 manat olan fövqəladə xərcləri də nəzərə aldıqda şirkətin vergitutmadan əvvəlki mənfəəti 284 min manat, vergi ödənildikdən sonra isə xalis mənfəət 227,2 min manat olub.
Qeyd edək ki, Bu 2017-ci illə müqayisədə şirkətin xalis mənfəəti 64,1 min manat olmuşdu. Başqa sözlə, 2018-də «Bakı Şərab-1»in xalis mənfəəti 3,5 dəfə artıb.
Mənfəətin artması ilə şirkətin səhm başına düşən qazancı da yüksəlib. 2017-ci ilin yekununda «Bakı Şərab-1»in hər səhminə 5,5 qəpik qazanc düşmüşdüsə, bu il həmin göstərici 20 qəpiyə yüksəlib.
2018-ci ildə «Bakı Şərab-1»in aktivləri 14% artaraq 3 milyon 676,4 min manata yüksəlib. Kapitalı isə 7,3% artaraq 2 milyon 589,2 min manata yüksəlib.
Mənfəəti 4 dəfə artıb, hər səhmə 20 qəpik qazancı var
11:05
20 Aprel 2019