Gələn ilin dövlət büdcəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 459,7 milyon manat məbləğində vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bu, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 53,9 milyon manat və ya 13,3 faiz çoxdur.
Eləcə də bax: "Təmiz Şəhər" gələn il büdcədən yenə də 33 milyon manat - SUBSİDİYA ALACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Həmin vəsait ölkə ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, su itkilərinin azaldılması, fermerlərin suvarma suyu ilə təchizatının, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatına sərf olunacaq.