31 dekabr 2022-ci il tarixinə istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb.
Azərbaycanda kredit faizləri artacaq? - RƏSMİ AÇIQLAMA
FED.az Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumatına istinadən xəbər verir ki, ötən il ən çox məişət avadanlıqlarının alınması və yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə faizlər artıb.
Orta faiz dərəcəsi - milli valyutada kredit kartı vasitəsilə verilən kreditlər üzrə 1 faiz bəndi artaraq 26%-ə, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 2 faiz bəndi artaraq 23%-ə, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 2 faiz bəndi artaraq 23%-ə yüksəlib.
Orta faiz dərəcəsi - milli valyutada verilən avtomobil kreditləri üzrə 2 faiz bəndi azalaraq 15%-ə, digər istehlak kreditləri üzrə də 2 faiz bəndə azalaraq 19%-ə düşüb.
Ən yüksək faizlər kredit kartı vasitəsilə verilən kreditlərdədir. (Marja)