Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri 48 milyon manat azaldılacaq.
Azərbaycanda bəzi qurumlara ayrılacaq xərcləri azaldılır – MƏBLƏĞLƏR, TAM SİYAHI
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər» adlı sənəddə nəzərdə tutulub.
Xatırladaq ki, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərclərinin təsdiq olunmuş həcmi 3 milyard 192 milyon manat təşkil edir, indi isə 3 milyard 144 milyon 100 min manat olacaq.
Bu 47 milyon 900 min manat və ya 1,5% azalma deməkdir .