Mədəniyyəti Nazirliyi müqavilənin tərtibi zamanı yol verilən səhvə görə, Rusiya xalq artistinə qanunsuz ödənş etməli olub.
Eləcə də bax: Əbülfəs Qarayevin işlədiyi - DÖVR YOXLANILIR
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının nazirliyin fəaliyyətinin yoxlanması zamanı aşkar edilib.
Bağlanmış müqavilədə xüsusi hallar nəzərdə tutulmadığına görə, Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar Rusiyanın Xalq artisti 5 ay 15 gün müddətində Bakı şəhərində olmadığı halda, onun bank hesabına 26 232,3 manat, mənzilin kirayəsinə görə isə icraçıya 7 200 manat artıq vəsait ödəniş edilib.