“Mastercard”ın Azərbaycan bazarında payı məlum olub.
Azərbaycanda 10 mln. əhaliyə - 13 MLN. BANK KARTI DÜŞÜR
FED.az xəbər verir ki, bunu “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdal deyib. O bildirib ki, hazırda şirkətin Azərbaycan bazarında payı 50% təşkil edir.
“Azərbaycan Mərkəzi Bankı ilə yaxın əməkdaşlıq var. Həyata keçirilən layihələrlə “Mastercard”ın bazar payının daha da artacağını deyə bilərik. Bu isə rəqiblərimizə uduzmadığımızı deməyə əsas verir”. (Apa)