198 ölkədə fəaliyyət göstərən və 22 min maliyyə qurumunu birləşdirən “Mastercard” beynəlxalq ödəniş sistemi kriptovalyuta əməliyyatları ilə işləyəcək yeni ticarət markasının qeydiyyatı üçün müraciət edib.
Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri - TƏYİN EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə “Mastercard”ın Bitcoin əməliyyatları üçün optimallaşdırılmış proqram təminatı hazırlamağı planlaşdırdığını göstərən skrinşot yerləşdirilib. Skrinşotdan görünür ki, şirkət virtual aktiv təminatçıları arasında əlaqələri azaltmaqla rəqəmsal aktiv əməliyyatlarını asanlaşdırmaq istəyir.
Bu addım “Mastercard”ın kriptovalyuta sektorunda sürətlə artan iştirakı üçün vacibdir. Korporasiya 2021-ci ilin fevral ayında öz şəbəkəsində məhdud sayda kriptovalyuta təklif etmək niyyətini açıqlamışdı.