“Mastercard” 12 aprel 2021-ci il tarixinə qədər Azərbaycanda tamamilə təmassız plastik kartlara keçid üçün tələb qoyub.
FED.az xəbər verir ki, şirkətdən bildirilib ki, bir sıra MDB ölkələri üçün bu müddət artıq başa çatıb.
"Bu il aprelin 12-dən Avropada həm EMV, həm də təmassız bütün yeni kartların buraxılışına mandat var. "Mastercard" bu prosesi Azərbaycan üçün dövlət səviyyəsində 2 il müddətinə - 2021-ci il aprelin 12-nə qədər uzadıb. Biz iqtisadiyyatın nağdsız transformasiyasını sürətləndirən təmassız texnologiyalar bazarının inkişafı ilə bağı olan bütün partnyorlarımız, banklar və tənzimləyicilər ilə daima əlaqədəyik”,- deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, eyni tələbi Azərbaycan banklarına qarşı "Visa International" də irəli sürüb. Amma şirkət "Report"un bununla bağlı sorğusunu hələ ki, cavablandırmayıb.