Düyanın ən iri ödəniş və bank kartları sistemlərindən biri olan MasterCard Böyük Britaniyada iri həcmli kompensasiya ödəmək riski ilə üzləşib.
Eləcə də bax: Azərbaycanda ödəmə kartlarında maqnit zolaqdan - İmtina Ediləcək?
FED.az xəbər verir ki, Britaniya məhkəməsi (Rəqabət üzrə Appelyasiya Tribunalı) daha öncə rədd etdiyi, 46 milyon müştərinin adından irəli sürülmüş kollektiv iddianı qeydə alıb.
Sabiq maliyyə ombudsmanı Uolter Merriksin baş iddiaçı qismində çıxış etdiyi şikayət MasterCard-ın 10 milyard funt-sterlinq (13,7 milyard dollar) təzminat ödəməsini tələb edir.İddia ərizəsində “MasterCard-ın 1992-2008-ci illərdə Britaniyadakı pərakəndə ticarətçilərə onun kartlarından istifadəyə görə tətbiq etdiyi dəyişkən xidmət haqlarının sonda müştərilərə əsassız əlavə xərc yaratdığı və bununla Avropa İttifaqının rəqabət qaydalarının pozulduğu” qeyd olunub.
2015-ci ildə qəbul edilmiş İstehlakçı Hüquqlarına dair Qanuna əsasən irəli sürülən iddia indiyə qədərki ən böyük kütləvi şikayətdir. İddia ərizəsi əsas arqument kimi həm də Avropa Komissiyasının 2007-ci ildə qəbul etdiyi qərarında MasterCard-ın rəqabət qaydalarını pozmasını qeyd etdiyini göstərirlər.
MasterCard isə açıqlamasında “qeydə alınan iddia məbləğinin əvvəlki təzminat tələbindən 35% az olduğu, növbəti aylarda əsas faktların araşdırılması nəticəsində yekun təzminatın daha da azalacağını” bildirib. (Marja)