“Fərmanın ikinci hissəsi istər devalvasiyadan əvvəl götürülən, yəni, 2012- ci ildən bu yana manatla götürülən və bügünkü günə ən azı 360 gün müddətində ödənişi gecikdirən bütün növ kreditlərə aid olunur. Yəni, vətəndaş manatla kredit götürübsə və bu günə qədər yüksək faiz olduğuna görə, ödəyə bilməyibsə 17 min manatlıq kredit bu gün 52 min manatlıq kreditə çevrilib”.
FED.az xəbər verir ki, cənab prezidentin imzaladığı bu fərmana əsasən 52 min manatın yalnız 17 min manatı əsas məbləği təşkil edir: “ Yəni, fərmanla 17 min manat kredit saxlanılır və 1 faizlik 5 il müddətinə verilən kreditlə əvəz edilir. 17 min manatla 52 min manat arasında yığılan faizlər, cərimə və dəbbə pulları silinir. Həmin məsələlərə görə, məhkəmə iddiaları geri götürülür. Bu vətəndaşın əhəmiyyətli dərəcədə sosial yükünü azaldır. Banklar da bu tədbirlər nəticəsində çox böyük likvidlik əldə etmiş olurlar”.