Azərbaycan «üzən məzənnə»yə 2020-ci ildə keçməyi planlaşdırır. FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Ölkədəki monetar siyasətlə bağlı danışan V.Qasımlı bildirib ki, üzən məzənə rejiminə tam keçid 2020-ci ildə təmin olunacaq.
«Amma bundan əvəl biz «lövbər» hədəfini müəyyənləşdiririk. İndiki halda pul bazası, daha sonra isə qısa müddətli faiz dərəcəsi olacaq və beləliklə, monetar siyasət inflyasiyanın hədəflənməsinə keçəcək.
Amma bunun üçün həm biznes mühiti həm də pul bazarının inkişafı, o cümlədən Mərkəzi Bankla biznes mühiti arasında olan etimad mühitinə çox böyük ehtiyac var»-deyə icraçı direktor bildirib.