Azərbaycanın ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşmaları fonunda manatın ABŞ dolları qarşısında sabitliyi manatın real effektiv məzənnəsini bahalaşdırır.
Eləcə də bax: Dünya Bankı: Manatın məzənnəsi - Yüksək Səviyyədə Qalır
Manatın real effektiv məzənnəsinin bahalaşması iqtisadiyyatın rəqabətqabiliyyətinə mənfi təsir edir.
FED.az Mərkəzi Bankın "2020-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir.
“2020-ci il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi (NEM) 6.3%, real effektiv məzənnəsi (REM) isə 4.1% bahalaşmışdır. Qeyd edək ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 30.9% ucuzlaşmışdır ki, bu da qeyri neft-qaz sektorunun uzunmüddətli rəqabət qabiliyyətinə müsbət təsir göstərən amillərdəndir”,- İcmalda deyilir. (Marja)