İranın Mərkəzi Bankı ölkədə qeyri-iş günündə - 31 mayda rəsmi məzənnə ilə xarici valyutaların qiymətində ciddi dəyişiklik edib.
İran, HAMAS, su və təhlükəsizlik - «Moody's» İsrailin risklərlə dolu – YENİ REYTİNQİNİ AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə İranın Mərkəzi Bankı məlumat verib.
İranın Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 30 mayda 1 ABŞ dolları 42 min rial təşkil etdiyi halda, 31 mayda 369,959 min riala yüksəlib.
30 mayda 1 avro 45 407 rial təşkil etdiyi halda, 31 mayda 399,967 riala yüksəlib.
İranın Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnədə 31 mayda 1 Azərbaycan manatı 217,628 riala yüksəlib. Halbuki 1 manat 30 mayda 24,707 rial təşkil edib.
İranın Mərkəzi Bankı ölkədə rəsmi iş günlərində 47 xarici valyutanın məzənnəsini elan edir.
Əlavə edək ki, İranda həftənin 5-ci günü rəsmi qeyri-iş günüdür. (Trend)