Rusiyanın Böyük Britaniya il başlayana “ikinci dalğa gərgin münasibətləri” şimal qonşumuzun köhnə qitənin aparıcı ölkələri ilə də münasibətlərinin kəskinləşməsinə səbəb olub. Digər tərəfdən isə, ABŞ yeni sanksiyalar siyahısını genişləndirir. Bu fondda rublun məzənnəsində cüzi də olsa azalmala müşahidə edilir.
FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov yazır.
O bildirir ki, fevrarlın sonunda 1 dollar almaq üçün 55.5 rubl ödəmək lazım idisə, indi hər ABŞ valyutası üçün 57.5 rus pulundan keçmək lazımdır. Məzənnə fərqi kəskin deyil, amma aydındır ki, Moskva inzibati yollar ilə rubla olan təzyiqləri neytrallaşdırır. Moskvanın inzibati metodlar ilə rublu uzun müddət bu intervalda saxlaya bilməsi inandırıcı görsənmir və elə bunun özü yaxın gələcəkdə Rusiya üçün ciddi xərcə çevriləcək. Londonda başlanan gərginlik Moskva ilə Avropanın digər paytaxt şəhərləri ilə münasibətlərini daha pisləşdirəcəyi və köhnə qitədən yeni sanksiyalar tətbiq ediləcəyi halda rublu xilas etmək çətin olacaq.
Eləcə də bax: Banklar ərizə tələb edirlər - SƏBƏB
Qərblə münasibətlərin gərginləşməsi fonunda Rusiyada yenidən dollarlaşma prosesi sürətlənir. Bütün bunlar ilə yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim də əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracıtımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan da, rublun dəyərsizləşməsi manata təzyiqləri artıra bilər.