"The Economist" jurnalının dərc etdiyi "Big Mac" indeksinə görə, Azərbaycan manatı lazımı səviyyədə qiymətləndirilməmiş valyutalarının siyahısında dördüncü yerə yüksəlib.
Eləcə də bax: Bank əmanətlərinin tərkibində – Manat Dolları Üstələdi – 2015-DƏN BƏRİ İLK DƏFƏ
FED.az xəbər verir ki, Azərbaycanda "Big Mac"ın qiyməti 3,95 manat və ya 2,32 dollar, ABŞ-da isə 5,65 dollar təşkil edir. Bu göstəricilərə görə, məzənnə 0,7 manat olmalıdır, lakin faktiki (1,7 manat) və təklif olunan məzənnə arasında 58,9%-lik fərq mövcuddur. Yəni manat "Big Mac" indeksinə görə, dollara qarşı lazımı səviyyədən 58,9% daha az qiymətləndirilir. Jurnalın yanvar buraxılışında da göstəricilər eyni idi, lakin manat lazımı səviyyədə qiymətləndirilməmiş valyutalarının siyahısında altıncı sırada qərarlaşmışdı.
Qeyd edək ki, ÜDM nəzərə alınaraq tənzimlənmiş siyahıda isə bu göstərici 27,6%-ə bərabərdir və manat lazımı səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısında doqquzuncudur.
Manatdan daha yüksək səviyyədə qiymətləndirilməmiş valyutalar sırasında Cənubi Afrika randı (59,6%), Rusiya rublu (59,9%), Livan funtu (70,2%) yer alıb. Faktiki səviyyədən daha çox qiymətləndirilmiş valyutalar isə İsveç kronu (9,6%), Norveç kronu (11,5%), İsveçrə frankı (24,7%) və Venesuela bolivarı (47,7%) olub.
Qeyd edək ki, "Big Mac" indeksi 1986-cı ildə "The Economist" tərəfindən ixtira olunan, maraqlı şəkildə valyutaların "düzgün" və ya olmalı olduqları səviyyəni müəyyən edən göstəricidir. Bu indeks alıcılıq qabiliyyəti pariteti nəzəriyyə üzərində qurulub. Lakin burada istehlak səbəti yerinə "McDonald's" tərəfində istehsal olunan "Big Mac" burgeri nəzərə alınır. (Apa)