Maliyyə Pazarlarına Nəzarət Palatası (MBNP) və Avstriyaya məxsus “Raiffeisen Bank İnternational” (RBİ) arasında kapital bazarlarının, depozitlər və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən “Azərbaycanda kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbir çərçivəsində baş tutub.
Eləcə də bax: Azərbaycanda repo əməliyyatlarında - 12 DƏFƏLİK KƏSKİN ARTIM
Sənədi MBNP-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov və RBİ-nin qiymətli kağızlar xidmətləri qrupunun rəhbəri Atilla Sazalay Berzeviczy imzalayıblar.
Memorandum Palatanın xarici investorları Azərbaycanın maliyyə bazarına cəlb etməsini, bu məqsədlə Milli Depozit Mərkəzi ilə RBİ arasında nominal saxlayıcı hesablarının açılmasını nəzərdə tutur.