“İctimai Sektor üzrə Peşəkar mühasib sertifikatı imtahanı üçün tədris vəsaiti” nəşr olunub.
FED.az xəbər verir ki, nəfis tərtibatda çap olunan və 240 səhifəlik kitab Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanının 1-ci mərhələsinə hazırlaşan büdcə təşkilatlarının mühasibləri üçün nəzərdə tutulub.
Qısa müddət ərzində maliyyə sahəsində çalışan şəxslərin böyük marağına səbəb olan dərs vəsaiti bu sahədə çoxillik təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanıb.
Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üçün elan edilmiş proqramına uyğun olaraq nəzəri material və nümunələrlə əhatə olunan kitabda beynəlxalq standartların və qüvvədə olan qanunvericilik aktlarının tətbiqi ilə bağlı praktiki məsələlər şərh edilib, mövzular sadə dildə oxucuların diqqətinə çatdırılıb. Həmçinin kitabda mühasiblərin öz biliklərini sınaması üçün imtahan sualları nümunələri təqdim edilib.
Kitabı əldə etməkdən ötrü (+994 50 655 34 43) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.