Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Makroprudensial nəzarət və metodologiya departamentin strukturuna daxil olan idarəyə yeni rəis təyin olunub.
FED.az Banker.az saytına istinadən xəbər verir ki, 2019-cu ilin aprelindən başlayaraq Ataxan Həsənov Prudensial hesabatlıq idarəsinə rəis təyin edilib.
A.Həsənov MBNP-nın 2016-cı ilin avqustunda analitik kimi qoşulmuş, sonra aparıcı və baş analitik vəzifələrinə qədər yüksəlmişdir.
O, bir müddət həmçinin elə məhz MBNP-nın 2017-ci ildə lisenziyasını ləğv etdiyi “Dəmirbank” ASC-də də çalışmışdır.
Həsənov ali təhsilini Bakı Dövlət Universitetində bakalavr dərəcəsini bitirsə də magistr dərəcəsini Niderland Krallığında (Erasmus University Rotterdam) iqtisadiyyat və biznes üzrə bitirib.
Eləcə də bax: “Rabitəbank”da yeni - TƏYİNAT