Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,163.6 milyon manat, cəmi öhdəlikləri isə 23,145.0 milyon manat təşkil etmişdir.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun vəziyyəti ilə bağlı açıqlamasında bildirilir. Sektorun balans kapitalı 3,018.6 milyon manat, əhalinin əmanətləri 6,999.5 milyon manat olmuşdur.
Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,486-dır. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 340 nəfər təşkil etmişdir.
Hazırda ölkədə fəaliyyət göstərən 123 Bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır. 2017-ci ilin 30 sentyabr tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.
Maliyyə Palatası bank sektorunun vəziyyətini açıqladı - RƏQƏMLƏR
16:30
3 Noy 2017