Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.
Nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb.
Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.
Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür.
Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur. (Bizim.Media)