Maliyyə Nazirliyinin şöbə müdiri Beynəlxalq Valyuta Fonduna (IMF) transfer olunub.
Sadiq Əliyev Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Maliyyə Nazirliyinin Makroiqtisadi Təhlil və Fiskal Risklərin İdarə Edilməsi Şöbəsinin müdiri Elmir Eyvaz-zadə IMF-də xüsusi təyinatla cəlb olunmuş iqtisadçı (Special Appointee Economist) kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, Elmir Eyvaz-zadə 2018-ci ildən Nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.
Məlumata görə, o, IMF-in Yaxın Şərq və Mərkəzi Asiya Departamentində (MCD) analitik və tədqiqat fəaliyyəti ilə məşğul olacaq. (Apa)










