Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işlərə başlayıb.
Azərbaycanda dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında nazirliyin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov bildirib.
"Artıq nazirlikdə öz texniki dilində olsa da bir "data warehouse"un formalaşması ilə bağlı iş aparılır. Məhz süni intellektin istifadə olunmasının əsas mahiyyəti datanın formalaşmasıdır. Düzgün data formalaşsa təbii ki, bundan istifadə imkanı yaradılacaq. Bu istiqamətdə artıq işlərə başlanıb, lazımi addımlar atılıb ki, bu infrastruktur formalaşsın", -deyə o qeyd edib. (Report)










